Fazil Məmmədov komissiyadan çıxarıldı

fazil-memmedov-komissiyadan-cixarildi
Oxunma sayı: 3270

Nazirlər Kabineti "İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” qərarda dəyişikliklər edib.

"Qafqazinfo" xəbər verir ki, bununla bağlı qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Sənədə əsasən, keçmiş vergilər naziri Fazil  Məmmədov iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarına baxılma və həmin smetaların təsdiq edilməsi üzrə komissiyanın tərkibindən çıxarılıb. Vergilər naziri Mikayıl Cabbarov komissiya üzvü kimi təsdiqlənib.