Fazil Mustafa Abdulbarı Gözəlin yezidilərə dəstəyindən yazdı

fazil-mustafa-abdulbari-gozelin-yezidilere-desteyinden-yazdi
Oxunma sayı: 2404


“Qafqazinfo” statusu olduğu kimi təqdim edir:

“Sosial şəbəkələrdə Azərsun Holdinqin rəhbəri Abdulbarı Gözəlin İraqda acınacaqlı vəziyyətdə olan Yezidilərə göstərdiyi böyük dəstəyi müzakirə edirlər. Əlbəttə, dar ayaqda olan insanlara yardım etmək bir insanlıq borcudur və burada ilk baxışda qəbahət görünmür. Ancaq gənab Gözəl bütün kataloqlarda Azərbaycanda fəaliyyət göstərən, büdcəmizə vergi ödəyən iş adamı kimi tanınır. İqtisadi sferada xüsusi imtiyaza sahib kürd əsilli leqal iş adamlarından bəlkə də birinci mövqedə olanıdır. Mən niyə türkmənlərə dəstək vermədiyini də müzakirə etmək istəmirəm. Adam milli simpatiyasına görə öz millətinə dəstək verirsə buna görə qınanması doğru deyil. Buyurub eyni işi türk iş adamları görərək fədakarlıq göstərib onlar da öz milli simpatiyalarına görə davranıb türkmənləri sıxıntıdan qurtarmağa çalışsınlar. Məsələnin mahiyyətini başqa nöqtədə axtarmalıyıq. 

Azərbaycanda müsəlman kürdlər var ki, bunların böyük əksəriyyəti Ermənistandan zaman-zaman deportasiya olunublar və onlar bizim vətəndaşlarımız, qardaş-bacılarımızdır. Eyni zamanda deportasiya sürəcində Ermənistanda qalan və orada yaşayan Yezidi kürdləri də var ki, onlar da bizə düşmən olan dövlətin maraqlarını təmsil edirlər. Bu kürdlərin müsəlman kürdlərə münasibəti də mənfidir və biz türklərə də ümumiyyətlə düşmən kimi baxırlar. Belə bir vəziyyətdə Azərbaycan adı ilə özünü tanıdan bir iş adamının gələcəkdə Livan və ya Suriya ermənilərinə dəstək verməsinə dövlət məqamlarımız tərəfindən eyni anlayış və xoşgörü ilə yanaşılacaqmı? 

Yenə söyləyirəm, söhbət humanizmdən getmir, bizimlə düşmən olan, ərazimizi işğal edən bir ölkənin cinahında yer alan bir topluluğa simpatiyadan və yardımdan gedir. Sabah bu presedent yarada bilər ki, eyni düşüncədə olan iş adamları Suriyadan qaçqın düşən ermənilərə yardım etsin. Belə bir durumu necə qiymətləndirəcəyik? Hər halda müvafiq dövlət qurumları Yezidilərə Azərbaycan adından verilən dəstəyin siyasi fəsadları barədə düşünsələr, pis olmazdı...”