“Qafqazinfo” xəbər verir ki, millət vəkili bu barədə sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, E. Rüstəmov kifayət qədər savadlı və təcrübəli kadrdır, ola bilsin ki, bu iqtidar üçün də xüsusi dəyəri olan kadr sayılır, ancaq heç bir yüksək çinli dövlət məmurunun xalqı aldatmağa mənəvi haqqı çatmır. Manatın devalvasiyası məsələsində mövqeyi haqlı olaraq insanlarımızda əsəb gərginliyinə səbəb olmuşdu.
Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında E. Rüstəmov səs çoxluğu ilə Milli Bankın İdarə Heyətinin üzvü seçilib.
Günel
Son xəbərlər
Son Xəbərlər