Fazil Mustafa NİDA-çılardan danışdı

fazil-mustafa-nida-cilardan-danisdi
Oxunma sayı: 1092


“Qafqazinfo”nun məlumatına görə, millət vəkili bildirib ki, ona edilən müraciətlə tanış olub: 

“Qaldırdıqları problem həqiqətən də cəzanın humanistləşdirilməsi və vətəndaş hüquqlarının qorunması baxımından çox ciddi məsələləri ehtiva edir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlanma müddətinin azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanması kimi dəyişiklik əslində bir neçə dəfə tərəfimizdən Milli Məclisdə səsləndirilsə də, gözlənildiyi kimi hərdəfə diqqətsiz yanaşılıb. Bununla belə hökmən bu təklifi Milli Məclisdə yenidən qaldırmağı və qanunvericilik təşəbbüsü qaydasında müraciət etməyi planlaşdırıram. Baxmayaraq ki, deputatların qanunvericilik təşəbbüsü hüququ da xeyli məhdudlaşdırılıb və müstəqil hansısa layihə irəli sürmək imkanı demək olar ki, xeyli hüquqi əngəlləri aşdıqdan sonra gerçəkləşdirilə bilər. Allah bu gənclərimizi də tezliklə azadlığa qovuşdursun!”.