Fazil Mustafa səs yazısı yayılan direktora dəstək oldu - Video

fazil-mustafa-ses-yazisi-yayilan-direktora-destek-oldu
Oxunma sayı: 8228

Sosial şəbəkədə Şəmkir rayon Xanallar kənd F.Ələkbərov adına tam orta məktəbin direktoru Nərxanım İsrafilovaya aid olduğu iddia olunan səs yazısı yayılıb. Yayılan səs yazısında məktəb direktoru müəllimlərə Aşura mərasiminə heç bir şagirdin buraxılmaması ilə bağlı xəbərdarlıq edib. 

Geniş müzakirələrə səbəb olan səs yazısına deputat Fazil Mustafa da münasibət bildirib.

Xəbəri rus dilində oxuyun: Фазиль Мустафа поддержал директора школы - Видео

Deputat feysbuk hesabında paylaşım edərək qeyd edib ki, bu mövqeyine görə təhsil naziri məktəb direktoruna zəng edib təşəkkür etməlidir:

“Şəmkir rayon Xanallar kənd F.Ələkbərov adına tam orta məktəbin direktoru Nərxanım İsrafilovanın din adı ilə keçirilən mərasimdə məktəblilərin iştirakının qarşısını almaq üçün müəllimlərə etdiyi çağırış barədə səs yazısı yayıblar. Bu dəyərli məktəb direktorunu hədəf seçiblər. Bu cür məktəb direktoruna şəxsən təhsil naziri zəng edib təşəkkürünü bildirməlidir. Çox gözəl şəkildə Azərbaycan dövlətinin mövqeyindən çıxış edir Nərxanım müəllimə. Uşaqların sağlam yetişməsi üçün fədakarlıq edir, çünki ağlı başında olan hər kəs anlamalıdır ki, uşaqlarımızın üz tutacağı yer məktəb, təhsil, idmandır. Nərxanım müəlliməni hamılıqla dəstəkləyək, bu cür cəsur pedaqoqlarımız cəhalətin qarşısında durmalı, gələcəyimizi qorumalıdırlar”.