“Qafqazinfo” xəbər verir ki, millət vəkili bildirib ki, bir müddət əvvəl biz Əkrəm Əylisilinin məlum əsərini tənqid etmişdik. İndi də Fazil Mustafanın “Adam yeyənlər” adlı yazısı çıxıb. O da Əkrəmdən heç də geri qalmır. Onlar, yəqin, bir oturub dururlar və bir birlərindən məsləhət alıblar.
Amma Azərbaycanda görülən işlərin üzərinə bu dərəcədə kölgə salmaq abadlıq quruculıuq işlərinin üzərinə qara yaxmaq qara xətt keçmək Azərbaycancanlıları Afrikanın adamyeyənləri ilə müqayisə etmək heç bir məntiqə sığmır. Bu ədalətsiz müqayisədir. Azərbaycanda çox böyük işlər görülüb. Azərbaycana gələn qonaqlar bunu təsdiq edirlər. Yazıda Azərbaycan idmanı ilə bağlı olmazın uyğun gəlməyən fikirlər səsləndirilib. Baxmayaraq ki, bizim idmançılarımız dəfələrlə medallar gətiriblər. Faszil Mustafa Fransa futbol yığmasını tərifləyir. Amma ora baxsın görsün ki orda iki nəfər ağ adam tapsa, mənə nə deyir desin. Dünyanın hər yerində legionerlər var.
Yollar çəkilir, əhalinin təhlükəsizliyi üçün yaşayış yerlərində yol kənarlarında divarlar çəkilir, yeni binalar tikilir. Burda səni narahat edən nədir? Bina sökülür yerində yenisi tikilir. Bu o demək deyil ki, dövlət vəsaiti dağıdılır.
Bu qədər yollar körpülər salınıb. Bunu görmürsən? Haradadır həqiqət, ədalət? Tənqid edəndə gərək obyektiv edəsən. Səndə afrikalılara o qədər həvəs yaranıb ki, yenidən Afrikaya gedirsən. Mən bilmirəm ki Afrikada onu nə cəlb edir, nə maraqlanıdırır. Bunu başa düşmürəm. Azərbaycan xalqına bu cür yanaşmağın əleyhinəyəm. Hesab edirəm ki, Fazil Mustafa xalqdan üzr istəməlidir".
Günel
Son xəbərlər
Son Xəbərlər