ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Cerom Pouel uçot dərəcəsi ilə bağlı ehtiyatlı danışıb.
“Qafqazinfo” “Habertürk”ə istinadən xəbər verir ki, o, uçot dərəcəsinin artım tempinin davam edəcəyi təqdirdə, ABŞ iqtisadiyyatının böyüməsinin məhdudlaşacağı barədə xəbərdarlıq edib.
Həmçinin dərəcənin artım tempinin azalması vəziyyətində isə iqtisadiyyatın həddindən çox “qızışacağından” ehtiyatlanıb.
Pouel bu iki riskin nəzərə alındığını söyləyib.
Qeyd edək ki, FED sonuncu dəfə uçot dərəcəsini martın 21-də və iyunun 13-də 0,25 faiz artırıb. 1 avqustda isə dərəcə dəyişməyib və 1,75 - 2 səviyyəsində qalıb.
Son xəbərlər
Son Xəbərlər