FED uçot dərəcələri ilə bağlı qərarını açıqladı

fed-ucot-dereceleri-ile-bagli-qerarini-aciqladi
Oxunma sayı: 1961

ABŞ Mərkəzi Bankı funksiyasını daşıyan Federal Ehtiyat Sistemi (FED) uçot dərəcələrini dəyişdirməyərək, 0-0,25 faiz aralığında sabit saxlayıb.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən xəbərinə görə, FED-dən bildirilib ki, faiz nisbətinin sabit saxlanılması qərarı yekdilliklə qəbul olunub.

Federal Açıq Birja Komitəsinin (FOMC) uzunmüddətli maksimum məşğulluq və 2 faiz həcmində inflyasiya hədəfini təmin etməyi hədəflədiyinə işarə edilən açıqlamada bu hədəflərə çatanadək pul siyasətinin dəstəkləyici mövqeyinin davam etdirilməsinin gözlənildiyi bildirilib.

Açıqlamada federal fond dərəcəsi üçün hədəf nisbətinin 0-0,25 faiz aralığında saxlanılmasının qərarlaşdırıldığı qeyd edilib.