FED uçot dərəcəsini 4 il sonra ilk dəfə artırdı

fed-ucot-derecesini-4-il-sonra-ilk-defe-artirdi
Oxunma sayı: 3501

ABŞ Federal Ehtiyat Sistemi (FED) baza faiz dərəcəsini 25 baza bəndi artıraraq illik 0,25-0,5%-ə çatdırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FED-in yaydığı məlumatda deyilir.

Qeyd edək ki, FED-in əvvəlki faiz artımı 2018-ci ilin dekabrında olub və o vaxtdan bəri baza faiz dərəcəsi yalnız azalıb. Son iki il ərzində FED-in uçot dərəcəsi illik 0-0,25% diapazonunda olub.