FED uçot dərəcəsini dəyişmədi

fed-ucot-derecesini-deyismedi
Oxunma sayı: 1579

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iyunda baş tutan iclasından sonra iyun ayında əmək bazarında müsbət tendensiya müşahidə olunub, iqtisadi aktivlik isə mülayim artım nümayiş etdirib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bu barədə FOMC-un iki günlük iclasının yekunlarına dair açıqlamasında bildirilir.

Bildirilir ki, iyun ayında məşğulluğun artması olduqca yüksək olub, bundan başqa, təsərrüfat subyektlərinin xərcləri artıb. "İnflyasiya 2% səviyyəsindən aşağı olaraq qalır ki, bu da energetika sahəsində qiymət azalması ilə bağlıdır", - deyə açıqlamada bildirilir.