FED uçot dərəcəsini maksimuma çatdırdı

fed-ucot-derecesini-maksimuma-catdirdi
Oxunma sayı: 2538

ABŞ Mərkəzi Bankı (FED) növbəti faiz qərarını açıqlayıb.

"Qafqazinfo” “USA Today” nəşrinə istinadən xəbər verir ki, FED gözlənildiyi kimi faizlərini 0,25 faiz bəndi də artıraraq 5,25% - 5,50% aralığına çatdırıb.

Beləliklə, faiz dərəcələri 2001-ci ilin yanvarından bəri ən yüksək səviyyəyə qalxıb.

FED inflyasiyanı 2 faizlik hədəfə qaytarmaq əzmində olduqlarını bildirib.