Fədayə Laçının şikayəti rədd edildi

fedaye-lacinin-sikayeti-redd-edildi
Oxunma sayı: 1737

Həbsdə olan müğənni Fədayə Laçının həbs müddətinin uzadılması barədə qərardan verilən apellyasiya şikayəti baxılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Nəsimi rayon Məhkəməsi F.Laçının həbs müddətinin 3 ay uzadılmasına qərar verib. Müğənni isə bu qərarın ləğvi üçün şikayət edib.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun qərarı ilə F.Laçının şikayəti rədd edilib, rayon məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Beləliklə, F.Laçın həbsdə qalıb.

Baş Prokurorluğun məlumatına görə, oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı başlanan cinayət işi üzrə F.Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. 

Ə.Ağami Şirvan şəhərində həbs edilib, “Qoca”nın saxlanılması üçün keçirilən əməliyyat zamanı o, müqavimət göstərdiyi üçün öldürülərək zərərsizləşdirilib.

Murad Əhməd