Federasiya əməkdaşını öldürən dəstə üzvlərinin məhkəməsi başlayır

federasiya-emekdasini-olduren-deste-uzvlerinin-mehkemesi-baslayir
Oxunma sayı: 2192

Ötən ilin iyunun 24-də Azərbaycan Avtomobil Federasiyasının əməkdaşı Səxavət Məmmədovu döyərək öldürən və hadisə yerindən qaçan 1991-ci il təvəllüdlü Məmmədov Kamandar Əlimərdan oğlu, 1999-cu il təvəllüdlü Abıyev Mais Vüqar oğlu və 1989-cu il təvəllüdlü Canıyev Nurlan Rizvan oğlunun məhkəməsi başlayır.

“Qafqazinfo”nun məlumatına görə, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sərdliyi ilə keçiriləcək.

Zərərçəkmiş şəxs qismində Əzizov Nicat Rahim oğlu və Məmmədov Şahin İlham oğlu da tanınıb.

Xatırladaq ki, Səxavət Məmmədov həmin gün axşam saatlarında Azərbaycan Avtomobil Federasiyasına məxsus yük avtomobili ilə hərəkət edərkən 20 Yanvar dairəsi yaxınlığında digər avtomobildə olan şəxslərlə yol hərəkəti zəminində mübahisə baş verib, avtomobildəki şəxslər nəqliyyat vasitəsini Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsinədək təqib edib, avtomobilin qarşısını qanunsuz olaraq kəsib, zor tətbiq etməklə Səxavət Məmmədovu avtomobildən enməyə məcbur edib, ona və onun sərnişini olan Federasiyanın digər əməkdaşına hücum edərək ağır zərbələr endirib. Hücuma məruz qalan Səxavət Məmmədov hadisə yerində ölüb. Hadisə yerindən qaçan 3 nəfər şəxs- “Chevrolet” markalı avtomobilin sürücüsü, 1991-ci il təvəllüdlü Məmmədov Kamran Əlmərdan oğlu, 1999-cu il təvəllüdlü Abıyev Mais Vüqar oğlu və 1989-cu il təvəllüdlü Canıyev Nurlan Rizvan oğlu polis əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində elə həmin gün şübhəli şəxs qismində saxlanılıb.

Emin Səfərov