“Federasiya olaraq vətənpərvər gənclərin yetişməsi üçün çalışırıq” - Adil Əliyev

federasiya-olaraq-vetenperver-genclerin-yetismesi-ucun-calisiriq
Oxunma sayı: 872

“Bölgələrdə kikboksinq inkişafına çalışırıq. Bu istiqamətdə tədbirlərimiz davam edəcək”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri AKF prezidenti, millət vəkili Adil Əliyev deyib: “Artıq peşəkarlar yarışların keçirilməsini start vermişik. Bu ay Göygöldə keçirilən peşəkar kikboksinq yarışı da idman növünün inkişaf etdirilməsini xidmət edirdi. Üstəlik, gənclərimizin zərərli vərdişlərdən uzaq olması federasiyamızın əsas fəaliyyət prinsiplərindən birini təşkil edir. Həmçinin, vətənpərvər və milli ruhlu gənclərimizin yetişməsi üçün federasiya olaraq əlimizdən gəldiyi qədər çalışırıq və bu istiqamətdə bir sıra layihələr həyata keçirtməyi planlaşdırırıq”.