Qazaxıstan Futzal Federasiyasının prezidenti Lev Kim bu ölkənin yığma komandasının baş məşqçisi Kakaunun Azərbaycan millisinə gedəcəyi barədə xəbərləri şərh edib.
“Qafqazinfo” xəbər verir ki, federasiya rəsmisi Kakaunun yığmamızda çalışa biləcəyini təsdiq edib: “Onunla müqaviləmizi artırmaq istədik. Hələ ki, Qazaxıstan yığmasını çalışdırır. Bu gün onunla yenidən danışacam. Müqaviləni yeniləmədiyimiz üçün risk var. Həm də o, Azərbaycan yığmasını çalışdıra bilər. Ona digər komandalardan da təklif var”.
Son xəbərlər
Son Xəbərlər