Federasiya rəhbəri Prezidentin çağırışına dəstək verdi

federasiya-rehberi-prezidentin-cagirisina-destek-verdi
Oxunma sayı: 3171

Azərbaycan Universal Döyüş Federasiyasının rəhbəri Azər Həsənov Prezidenti İlham Əliyevin çağırışına dəstək verib.

"Qafqazinfo" xəbər verir ki, Əməkdar bədən tərbiyəsi və İdman xadimi bir aylıq əmək haqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

O, hamıya "evdə qal" deyərək, ailəmizi, həkimlərimizi, xalqımızı qorumağa çağırıb.

Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu martın 19-da Prezident İlham Əliyevin fərmanı əsasında yaradılıb. Ötən müddət ərzində fonda 90 milyon manatdan artıq vəsait ianə edilib.