Federasiya Şurası prezidentlik müddətinin ləğvini təsdiqlədi - Yenilənib

federasiya-surasi-prezidentlik-muddetinin-legvini-tesdiqledi
Oxunma sayı: 4583

Rusiya Dövlət Dumasının deputatları Konstitusiyaya ediləcək dəyişiklikləri üçüncü oxunuşda qəbul ediblər.

“Qafqazinfo” “Kommersant” qəzetinə istinadən xəbər verir ki, sonuncu oxunuşdan sonra keçirilən səsvermədə 383 deputat dəyişikliklərin lehinə səs verib, 43 deputat isə bitərəf qalıb. Əleyhinə səs verən isə olmayıb.

Növbəti mərhələdə Konstitusiyaya ediləcək dəyişikliklər Federasiyalar Şurası və regional parlamentlər tərəfindən təsdiqlənməlidir.

Qeyd edək ki, konstitusiyaya təklif olunan əsas düzəlişlərdən biri deputat Valentina Tereşkova tərəfindən təklif olunan Rusiya Prezidentinin səlahiyyət müddətinə qoyulan məhdudiyyətin ləğvi ilə bağlı olub.

***

“RİA Novosti” xəbər verir ki, Rusiya Federasiya Şurası Konstitusiyaya dəyişikliklərlə bağlı qanun layihəsini təsdiq edib. 160 senator layihənin lehinə səs verib, 1 nəfər əleyhinə olub, 3 nəfər isə bitərəf qalıb.