Federasiya ümumrespublika toplantısı keçirib - Fotolar

federasiya-umumrespublika-toplantisi-kecirib
Oxunma sayı: 2487

Mayın 3-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Pankration, Qrapplinq və MMA federasiyasının ümumrespublika toplantısında federasiyanın İcraiyyə komitəsinin üzvləri, Gənclər və İdman Nazirliyinin, Bakı şəhər Gənclər və İdman idarəsinin nümayəndələri, eləcə də 50-yə yaxın idman klubu, Bakı və bölgə komandalarının deleqatları iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, tədbir iştirakçılarını salamlayan Federasiya prezidenti Azad Əsgərov 2019-cu ilin birinci rübünün yekunları ilə bağlı məruzəsində keçirilən yarışlar və nəticələr haqda danışıb. Toplantıda ilin sonunadək üç idman novündə keçiriləcək yarış və birinciliklərin təşkili, yığma komandanın beynəlxalq yarışlara hazırlıq prosesi, təlim-məşq toplanışların qrafiki və federasiyanın məşqçi heyətinin tərkibi haqda fikir mübadiləsi aparılıb.

Toplantının əsas mövzusu 8-9 noyabr tarixdə Bakıda keçiriləcək qrapplinq üzrə Dünya çempionatının təşkilat komitəsinin yaradılması və milli yığma heyətinin bu mötəbər yarışa hazırlıq prosesinin təşkili məsələləri olmuşdur. 12-13,14-15,16-17,18-19 yaşlı və veteran idmançıların Dünya birinciliyinin seçmə mərhələsi çərçivəsində cari ilin 8-9 iyun tarixində keçiriləcək.

Bundan başqa, iyun ayının sonunda MMA idman növündə komandamız dünya çempionatında və Pankration növündə sentyabr oktyabr aylarında dünya çempionatında iştirak edəcək. Azərbaycan birinciliyinin əhəmiyyəti xüsusi qeyd olunmuşdur, hakim korpusu və məşqçi heyətinə bu barədə tövsiyyə və tapşırıqlar verilib.

Gündəlikdə olan digər məsələ federasiyanın qrapplinq idman növündə vitse-prezidentlərin tərkibinin müəyyənləşməsi idi. Namizədlikləri irəli sürülən Hüseynəli Abbaslı federasiyanın qraplinq idman növü üzrə I vitse-prezidenti, Kamil Qocayev isə vitse-prezident vəzifələrinə təyin ediliblər.

Tədbirdə respublikanın bölgələrində MMA, pankration və qrapplinq idman növlərinin inkişafı istiqamətində tədbirlər planı müzakirə olundu, görüş və turnirlərin təqvimi təsdiqləndi. Toplantının sonunda fərqlənən məşqçilər və idmançılar sertifikatlarla təltif olunublar.

Xatırladaq ki, Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyasının rəhbəri Azad Əsgərov, 1-ci vitse- prezidenti Tural Mirzəyevdir.