Federasiyanın mərkəzi İrəvana köçür - Bakı Fond Birjası da üzvdür

federasiyanin-merkezi-irevana-kocur
Oxunma sayı: 858

Əsası Türkiyədə qurulan və 22 ildir bu ölkədə fəaliyyət göstərən Avrasiya Birjaları Federasiyası mərkəzini İstanbuldan İrəvana köçürür.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, qurumun, həmçinin Misir birjasının rəhbəri Muhammed Omran mayın 16-da Tehranda baş tutan növbədənkənar toplantıda belə bir qərar alındığını üzvlərinə bildirib. 

İstanbul birjası artıq Avrasiya Birjaları Federasiyasından  (FEAS) çıxdığını elan edib. 

Qeyd edək ki, FEAS-a Asiya, balkan ölkələri və Orta Şərqdən 33 ölkənin birjaları üzvdür. 

Onu da əlavə edək ki, Azərbaycanın yeganə fond birjası olan Bakı Fond Birjası da üzvlərindən biridir.