Federasiyanın səhvi Mahir Şükürovu bombardir etdi

federasiyanin-sehvi-mahir-sukurovu-bombardir-etdi
Oxunma sayı: 638

“Qafqazinfo”nun verdiyi xəbərə görə, siyahıya 9 qolla Lionel Messi başçılıq edir.
Bu il “Barselona”nın heyətində Çempionlar Liqasında 6 dəfə fərqlənən hücumçu Argentina yığmasında 3 top vurub. “Şalke”də 7, Hollandiya yığmasında 1 qola imza atan Klaas-Yan Huntelaar ikinci pillədə qərarlaşıb. Yalnız Filippin yığmasında fərqlənən Ceyms Yanqhazbend 6 qolla 3-cüdür.

“Qəbələ”nin və Azərbaycan yığmasının yarımmüdafiəçisi Mahir Şükürov da siyahıda yer alıb. İFFHS-nin hesablamalarına görə Şükürov 2012-ci ildə yığmanın heyətində 3, “Qəbələ”də 1 qol vurub. Beləliklə, “Çelsi”nin futbolçusu Salomon Kalu ilə eyni göstəriciyə malik olan 29 yaşlı futbolçu 12-13-cü yerləri bölüşdürüb. Halbuki Mahir Şükürov bu il yığmanın heyətində 2 top vurub. Bunlar Hindistan və Sinqapur yığmaları ilə oyunlarda baş verib. “Qəbələ” isə heç bir avrokubok oyununda iştirak etməyib.


Ceyhun Əhmədov