Federasiyaya yeni rəhbər seçilib

federasiyaya-yeni-rehber-secilib
Oxunma sayı: 1457

Türk Amerikan Dərnəkləri Federasiyasında növbəti seçki keçirilib. 

"Qafqazinfo" xəbər verir ki, Tohan Hazinadar İdarə heyətinin rəhbəri seçilib. 

Qeyd edək ki, əslən Cənubi Azərbaycandan olan Zöhrə Şərifi 5-ci dəfə Türk Amerikan Dərnəkləri Federasiyasının vitse-prezidenti və İdarə heyətinin üzvü seçilib. Zöhrə Şərifi Azərbaycan Amerika Mədəniyyət Mərkəzinin sədridir. O, yenidən bu mühüm vəzifəyə seçilməsindən şərəf duyduğunu söyləyərək Azərbaycan naminə əlindən gələni edəcəyini və işini ləyaqətlə yerinə yetirəcəyini bildirib.