“Fehervar” Bakıya gecikdi, mətbuat konfransı təxirə düşdü

fehervar-bakiya-gecikdi-metbuat-konfransi-texire-dusdu
Oxunma sayı: 2232

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Sumqayıt”la qarşılaşacaq “Fehervar” problemlə üzləşib.

“Qafqazinfo” xəbər verir ki, Macarıstan klubunun Bakıya uçuşu gecikib. Bu səbəbdən komandanın nəzərdə tutulmuş oyunöncəsi mətbuat konfransı və açıq məşqi ləğv olunub.

Qeyd edək ki, sabah Mehdi Hüseynzadə adına şəhər stadionunda keçiriləcək “Sumqayıt” – “Fehervar” oyunu saat 20:00-da başlayacaq.