Fəhlə asfaltçəkənin altında qaldı - Yevlaxda

fehle-asfaltcekenin-altinda-qaldi
Oxunma sayı: 820

Yevlax rayonunun Aran qəsəbəsində 1 nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, rayonda yol çəkilişi zamanı 59 yaşlı Zaqatala sakini ehtiyatsızlıqdan asfalt hamarlayan texnikanın altına düşüb.

Ağır xəsarət alan Elxan İmanov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.