Fəhlə binadan yıxılıb öldü

fehle-binadan-yixilib-oldu
Oxunma sayı: 1991

Bakıda fəhlə binadan yıxılaraq ölüb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə iyunun 20-si baş verib.

Sabirabad rayon sakini, 1990-cı il təvəllüdlü Habil Məmmədov fəhlə kimi işlədiyi inşa edilməkdə olan 5 mərtəbəli binanın 3-cü mərtəbəsindən yıxılıb.

Hadisə yerinə baxış keçirilib, meyitin daxili və xarici müayinə olunması üçün məhkəmə tibb ekspertizası təyin edilib. 

Hadisə zamanı tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarının pozulduğu üçün Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə cinayət işi başlanılıb. İstintaq davam etdirilir.