“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Heydər Əliyev prospektində yerləşən yeni tikililərdən birində baş verib. Orada fəhlə işləyən 1993-cü il təvəllüdlü Şəmran Hüseynovun gödəkçəsinin cibindən mobil telefonu oğurlanıb.
Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ş.Hüseynovun iş yoldaşı Vüsal Məmmədov saxlanılıb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər