Fəhlə öldü

fehle-oldu
Oxunma sayı: 1406


DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, fevralın 2-də Suraxanı rayonunun Bülbülə qəsəbəsində yerləşən “Titan” ASC-nın həyətində, orada fəhlə işləyən qəsəbə sakini Nicat Fərəcullayevin üzərinə avtokar aşıb. 

Xəstəxanaya yerləşdirilən N.Fərəcullayev orada ölüb.

Araşdırmalar aparılır.

Murad Əhməd