Fəhlə pambıq tayasından yıxıldı, ağır yaralandı

fehle-pambiq-tayasindan-yixildi-agir-yaralandi
Oxunma sayı: 1465

Bərdə rayonunda fəhlə pambıq tayasından yıxılıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində yerləşən Pambıq Zavodunda qeydə alınıb. 

Rayon sakini 1985-ci il təvəllüdlü Şəmmədov Siyavuş Cahid oğlu işlədiyi zavodda pambıq tayasından yıxılıb. Başı dəmirə dəyən S. Şəmmədov təcili tibbi yardım avtomobili ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən oğlanın vəziyyəti orta ağırdır.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Tural Hüseynli