Fəhlə uçqun altında qaldı - FHN xilas etdi

fehle-ucqun-altinda-qaldi-
Oxunma sayı: 1314

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinə Cəlilabad rayonunun Uzun Təpə kəndində kanalizasiya xətlərində qazıntı işləri aparılan zaman 3 metr dərinliyi olan quyuda torpaq uçqunu baş verməsi və bir fəhlənin uçqun altında qalması barədə məlumat daxil olub.

Qafqazinfo”nun FHN-ə istinadən məlumatına görə, dərhal hadisə yerinə cəlb edilən Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən fəhlə torpaq altından çıxarılaraq Təxirəsalınmaz Təcili Tibbi Yardım xidmətinə təhvil verilib.

Hadisənin başvermə səbəbi araşdırılır.