Salyan rayonu Elektrik Şəbəkəsində işləyən fəhləni cərəyan vurub.
DİN-in Şimal regional qrupundan “Qafqazinfo”ya verilən xəbərə görə, hadisə rayonun Şorsulu kəndində qeydə alınıb.
Aşağı Kürkənd sakini Elnur Kazımov cərəyanın təsirindən hadisə yerində ölüb.
Faktla bağlı polis və prokurorluq əməkdaşları hadisə yerinə cəlb olunublar.
***
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, faķt üzrə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci ( səhlənkarlıq, ehtiyatsızlıqdan zərərcəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Son xəbərlər
Son Xəbərlər