Bakı şəhər prokurorluğu paytaxtın istirahət mərkəzlərindən birində fəhlənin faciəli ölümü ilə bağlı məlumat yayıb.
"Qafqazinfo" xəbər verir ki, yanvarın 23-də saat 14 radələrində paytaxtın Bilgəh qəsəbəsində yerləşən “Qağayı” istirahət bazasının ərazisində demontaj işlərinin həyata keçirilməsi zamanı dəmir borunun həmin vaxt orada olan 1970-ci il təvəllüdlü, Füzuli rayon sakini Səfəralı Səfərovun üzərinə düşməsi nəticəsində aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi faktına görə Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər