“Fəlakət” xəstəxanalıq oldu -

felaket-xestexanaliq-oldu-
Oxunma sayı: 1538


"Qafqazinfo" xəbər verir ki, bu barədə oxu.az-a İsmayıllı sakinləri məlumat veriblər. 

“Bozbash Pictures” layihəsinin rəhbəri İlkin Həsəni hadisəni təsdiqləyib. 

O bildirib ki, “Axırıncı yol” adlanan kinokomediyanın İsmayıllı rayonunda baş tutan çəkilişi zamanı Elşən Orucovu kəskin sancılar tutub: “Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Həkimlər aktyora ilkin tibbi yardım göstəriblər, daha sonra o təcili tibbi yardım avtomobili ilə Bakıya çatdırılıb”. 

İlkin Həsəni qeyd edib ki, hazırda “Fəlakət” paytaxtda özəl klinikaların birindədir: “Həkimlər onu müayinə edirlər. Müayinədən sona məlum olacaq ki, nəyə görə “pristup” tutub, xəstəliyin diaqnozu bilinəcək”.  

İ.Həsəninin sözlərinə görə, hazırda hadisə ilə əlaqədar bütün çəkilişlər təxirə salınıb: “Kinokomediyanın çəkilişlərinin bitməsinə iki-üç gün qalmasına baxmayaraq hadisə ilə əlaqədar “Bozbash Pictures” paytaxta qayıdıb. Bütün çəkilişlərimiz təxirə salınıb”. 

“Qafqazinfo”