Fələstin Ginnesin “Rekordlar” kitabına daxil olur

felestin-ginnesin-rekordlar-kitabina-daxil-olur
Oxunma sayı: 823

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən bildirir ki, fələstinlilər Qəzza zolağında hazırladıqları xəritə ilə Ginnesin “Rekordlar” kitabına daxil olmağa hazırlaşırlar. Xəbərlərdə xəritənin hazırlanması işinin gələn həftənin çərşənbə günü başa çatdırılacağı bildirilib.

Zolaqdakı HƏMAS hərəkatının Qaçqınlarla İş üzrə İdarəsindən Baş nazir İsmayıl Həniyyənin dəstəyi ilə keçiriləcək tədbirdə Fələstinin dünyada ilk və ən böyük xəritəsinin təqdim olunacağı açıqlanıb. İdarə əməkdaşları xəritənin Qəzzadakı əl-Katibə binasından asılacağını deyiblər. Habelə əməkdaşlar “Fələstinin dünyadakı ən böyük xəritəsi” adlı rekordun qeydə alınması üçün Ginnesin “Rekordlar” kitabının nümayəndələrinin də tədbirdə iştirak edəcəyini bildiriblər.

Mövzu ilə bağlı xəbərlərdə belə bir layihənin həyata keçirilməsində məqsədin Fələstinin tarixi və coğrafiyası haqqındakı məlumatları əbədi olaraq, qeydiyyata alınması və gələcək nəsillərə ötürülməsi olduğu vurğulanıb.