Fələstin karantinlə bağlı qərar verdi

felestin-karantinle-bagli-qerar-verdi
Oxunma sayı: 2479

Fələstində karantinlə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib. 

“Qafqazinfo” regnum.ru-ya istinadən xəbər verir ki, bu addım bir sutkada 2 ölüm hadisəsi baş verəndən sonra atılıb. 

Qeyd edilir ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə karantin rejimi daha 5 gün uzadılıb. 

Fələstin polisinin məlumatına əsasən, artıq ölkədə 121 mağaza qapadılıb, 55 avtomobil müsadirə edilib, 13 vətəndaş isə karantin qaydaları pozduqlarına görə həbs edilib. 

Son statistikaya görə, Fələstində 5544 koronavirusa yoluxma halı var. Bunlardan 475-i elə son bir neçə sutka ərazində qeydə alınıb.