Fələstində son 15 ildə ilk dəfə seçkilər keçiriləcək.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fələstin Prezidenti Mahmud Abbas müvafiq sərəncam verib. Sərəncama əsasən, cari ildə mayın 22-də qanunverici məclisə, iyulun 31-də isə prezident seçkiləri keçiriləcək.
Seçkilərin nəticələrinə uyğun olaraq ölkənin 120 yerlik parlamenti qurulacaq.
Son xəbərlər
Son Xəbərlər