Fələstin Prezidenti Mahmud Abbas koronavirus təhlükəsi səbəbindən ölkənin bütün ərazilərində fövqəladə vəziyyət elan edib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “VAFA” agentliyi xəbər verib.
Fələstinin Baş Naziri Məhəmməd Ştaye isə bütün təhsil müəssisələrinin 30 gün müddətinə bağlanıldığını açıqlayıb.
Xatırladaq ki, daha əvvəl Fələstinin Səhiyyə Nazirliyi yeddi nəfərin koronavirusa yoluxduğunu təsdiq etmişdi.
Son xəbərlər
Son Xəbərlər