İsrail hərbiçiləri fələstinlilərin Qəzza sərhədində “Milyonluq Qüds” devizi altında keçirdiyi dinc aksiyaya sərt müdaxilə edib.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, fələstinlilərə atəş edilməsi nəticəsində 4 nəfər şəhid olub.
618 nəfərin də yaralandığı açıqlanıb. Onlardan 48-i uşaq, 20-si qadın, 2-si səhiyyə işçisi və 5-i isə jurnalistdir.
Xatırladaq ki, 30 martdan etibarən tarixi torpaqlarına qayıtmaq üçün “Böyük qayıdış yürüşü” keçirən fələstinlilərə sərt müdaxilələr edilir. Bu günə qədər 120-dən çox fələstinli öldürülüb, 13 min 672-si isə yaralanıb.


Son xəbərlər
Son Xəbərlər