Fellaini koronavirusa qalib gəldi

fellaini-koronavirusa-qalib-geldi
Oxunma sayı: 1219

“Mançester Yunayted”in sabiq futbolçusu, hazırda Çinin “Şandun Lunen” klubunda çıxış edən Maruan Fellaini koronavirusa qalib gəlib.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, o, müalicə olunduğu xəstəxanadan evə buraxılıb. Belçikalı yarımmüdafiəçinin 14 gün müddətində karantində olacağı bildirilib.

Qeyd edək ki, Fellainidə martın 22-i koronavirus aşkarlanmışdı.