Fəllucə şəhəri İŞİD-dən azad edildi

felluce-seheri-isid-den-azad-edildi
Oxunma sayı: 1026

İraq ordusu Fəllucə şəhərini ələ keçirib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə ordu generalı Əbdülvahab Səədi bildirib. Onun sözlərinə görə, terrorla mübarizə qruplaşması Fəllucədəki hökumət binasına daxil olub, idarəni İŞİD-çilərdən azad edib.

General onu da qeyd edib ki, terrorçular yetərincə müqavimət göstərə bilməyib və şəhərin qərb hissəsinə doğru çəkilib.

Qeyd edək ki, Fəllucə şəhəri İŞİD-in yerləşdiyi əsas mərkəzlərdən biri hesab edilir.

Aysel Kərimova