“Femen”in yarıçılpaq fəalının budəfəki hədəfi Çexiya prezidenti Miloş Zeman olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, insident Zemanın prezident səsverməsi üçün getdiyi seçki məntəqəsində baş verib.
Siyasətçiyə yaxınlaşan yarıçılpaq qadın söyüş söyüb və prezidenti itələməyə çalışıb. Lakin cangüdənlər qadını saxlayaraq onu məntəqədən uzaqlaşdıra biliblər.
Qeyd edək ki, Çexiyada ötən gündən prezident seçkilərinə start verilib. Post uğrunda doqquz namizəd yarışır. İlkin nəticələrin bu gün açıqlanacağı gözlənilir.
Son xəbərlər
Son Xəbərlər