Türkiyə Superliqasında 32-ci turun oyunları davam edir
“Qafqazinfo” xəbər verir ki, çempionluq mübarizəsi aparan “Fənərbağça” öz meydanında “Bursaspor”u qəbul edib.
Matçda hesabı 69-cu dəqiqədə Bursa təmsilçisi açsa da, iki dəqiqə sonra avtoqoldan sonra hesab bərabərləşib. 83-cü dəqiqədə isə “Bursaspor” azlıqda qalıb. Titi meydandan qovulub. Ehtiyat skamyadakı Kanatsizkus da hakimə sərt etirazdan sonra qırmızı vərəqə alıb.
Say üstünlüyündən faydalanan “Fənərbağça” 90-cı dəqiqədə qələbə qolunu vura bilib.
Qeyd edək ki, hazırda ilk üç pillədə yer alan “Qalatasaray”, “Fənərbağça” və “Başakşəhər”in 66 xalı var. Rəqiblərindən 1 oyun az keçirən “Qalatasaray” bu gün səfərdə “Akhisar”la qarşılaşacaq.
“Fənərbağça” - “Bursaspor” - 2:1
Qollar: Sou, 71 (avtoqol), Fernandao, 90+1 - Soyalp, 69
Son xəbərlər
Son Xəbərlər