“Fənərbağça” daha bir braziliyalı futbolçu almaq istəyir

“Fənərbağça” daha bir braziliyalı futbolçu almaq istəyir
Oxunma sayı: 312

Qol.Az-ın məlumatına görə, "sarı-lacivərdlilər" "Santos"da forma geyinən Borgesi icarəyə götürməyi planlaşdırır.

Bu mövsüm hücum xəttində sıxıntı yaşayan "Fənərbağça" klubunun baş məşqçisi Aykut Kocaman bu boşluğu Borgeslə doldurmaq niyyətindədir.

İstanbul təmsilçisi 31 yaşlı futbolçunun "Fənərbağça"ya keçidi ilə bağlı "Santos"la böyük ölçüdə anlaşıb. Sadəcə, bu keçidin rəsmiləşməsi qalır ki, buna da gələn ay aydınlıq gələcək.

Qeyd edək ki, Borges bu mövsüm keçirdiyi 29 oyunda 23 dəfə rəqib qapılarına yol tapıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi