Türkiyə Superliqasında 27-ci tura yekun vurulub.
“Qafqazinfo” xəbər verir ki, çempionluq mübarizəsi aparan “Fənərbağça” klubu “Kayserispor” səfərinə yollanıb.
Öncədən çətin keçəcəyi proqnozlaşdırılan matçda “sarı-lacivərdlilər” rahat qələbə qazanıb. “Fənərbağça” 5 cavabsız qolla rəqibini darmadağın edib.
İstanbul təmsilçisi bu qələbədən sonra 4-cü pillədəki mövqeyini qoruyub. “Kayserispor” isə 7-ci pilləyə enib.
“Kayserispor” – “Fənərbağça” – 0:5
Qollar: 8 – Soldado, 12 – Şeyşu, 44 – Soldado, 58 – Şənər Özbayraqlı, 86 - Culyano
Son xəbərlər
Son Xəbərlər