“Fənərbağça” “Qalatasaray”a qalib gəldi - Video

fenerbagca-qalatasaraya-qalib-geldi
Oxunma sayı: 3178

Futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi baş tutub.

“Qafqazinfo” xəbər verir ki, XXXII tura təsadüf edən prinsipial oyunda “Fənərbağça” öz meydanında “Qalatasaray”la qarşılaşıb.

Oyun “sarı-lacivərdlilər”in 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahiblərinin heyətində qolları 26-cı dəqiqədə Miha Zayts və 68-ci dəqiqədə Serdar Dursun vurublar.

Bu qələbədən sonra xallarını 59-a çatdıran “Fənərbağça” 2-ci pilləyə yüksəlib. “Qalatasaray” isə 41 xalla 14-cü pilləyə geriləyib.