“Fənərbağça” qalib oldu - Video

fenerbagca-qalib-oldu
Oxunma sayı: 1195

"Fənərbağça" futbol klubu Türkiyə Superliqasının XXXIII turu çərçivəsində “Ərzurumspor”un qonağı olub.

“Qafqazinfo” xəbər verir ki, "Kazım Qarabəkir" stadionunda keçirilən matç qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.

Oyunda ilk və son qolu 59-cu dəqiqədə penalti zərbəsindən Viktor Mozes vurub.