“Fənərbağça” qələbəni əldən verdi

“Fənərbağça” qələbəni əldən verdi
Oxunma sayı: 1251

Türkiyə Superliqasında 23-cü tura start verilib.

“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib.

Səfərdə “Yeni Malatyaspor”la qarşılaşan “Beşiktaş” turu xal itkisi ilə başa vurub.

“Fənərbağça” da “Sivasspor”la səfər oyunundan 1 xalla ayrılıb. “Başakşəhər” isə bu dəfə doğma meydanda “Göztəpə”yə məğlub olub. “Adana Dəmirspor” isə “Fatih Karagümrük”lə ev oyununda 5 cavabsız qola sevinib.

Türkiyə Superliqası

23-cü tur

22 yanvar

"Yeni Malatyaspor" – "Beşiktaş" - 1:1

Qollar: A.Büyük, 84-pen – A.Teyşeyra, 62.

"Adana Dəmirspor" – "Fatih Karagümrük" - 5:0

Qollar: Assombalonqa, 36; 67. Y.Akgün, 59; 90. Balotelli, 83.

"Sivasspor" – "Fənərbağça" - 1:1

Qollar: P.Enrike, 74 – Zayç, 18.

"Başakşəhər" – "Göztəpə" - 1:2

Qollar: Aleksiç, 90+5 – Ndiaye, 38. Akbunar, 87.