Türkiyə Super Liqasında 21-ci tura start verilib.
“Qafqazinfo” xəbər verir ki, turun açılış matçında “Fənərbağça” “Kayserispor”la qarşılaşıb.
Mövsümün ilk yarısında biabırçı nəticələrlə turnir cədvəlinin son pillələrində yer alan “Fənərbağça” qış transfer dövründə heyətə güclü futbolçular qataraq uğursuzluq zolağından çıxmışdı. Son 5 matçında 2 qələbə, 3 bərabərlik alan “sarı-lacivərlilərin” məğlubiyyətsizlik seriyası Kayseri səfərində qırılıb.
Belə ki, “Kayserispor” 1:0 hesablı qələbə qazanıb.
Bununla da xalını 25-ə çatdıran “Kayseripsor” turnir cədvəlində “Fənərbağça”nı da geridə qoyaraq 11-ci pilləyə yüksəlib. “Fənərbağça” isə 23 xalla 13-cü pilləyə geriləyib.
“Kayserispor” - “Fənərbağça” - 1:0
Qol: Kravets, 87.
Qırmızı vərəqələr: Roberto Soldado, 45+4, Tolqay Arslan, 90+6 (Oyundan kənarda) -Hər ikisi “Fənərbağça”
Son xəbərlər
Son Xəbərlər