“Fənərbağça” “Zenit”ə qalib gəldi - Video

fenerbagca-zenite-qalib-geldi
Oxunma sayı: 1653

UEFA Avropa Liqasında 1/16 mərhələsinə start verilib.

“Qafqazinfo” xəbər verir ki, mərhələnin ilk matçı “Fənərbağça” və “Zenit” arasında baş tutub.

İstanbulda keçirilən matçın taleyini 1 qol həll edib. 21-ci dəqiqədə İslam Slimaninin vurduğu qol Türkiyə təmsilçisinə qələbə qazandırıb.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu fevralın 21-də Sankt-Peterburqda olacaq.