Türkiyə kubokunun 1/8 final mərhələsində iki sürpriz nəticə qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, bu mövsüm əldə etdiyi biabırçı məğlubiyyətlərlə ölkə çempionatında son pillələrdə yer alan “Fənərbağça” klubu kubokla da vidalaşıb.
Aşağı liqa təmsilçisi “Ümraniyespor”a ilk matçda 0:1 hesabı ilə uduzan “Fənərbağça” cavab matçında da eyni hesabla məğlub olub.
Çempionatın lideri “Başakşəhər” də gözlənilməz şəkildə məğlub olub. İstanbul təmsilçisi ilk matçda 1:0 hesabı ilə məğlub etdiyi “Hatayspor”a səfərdə darmadağın olub. Hatay təmsilçisi 4:1 hesabı ilə qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.
Günün digər matçında “Kasımpaşa” “Alanyaspor”u penaltilər seriyası nəticəsində məğlub edərək mərhələ adlayıb.
“Fənərbağça” - “Ümreniyespor” - 0:1
Qollar: Leandro Barrios, 89
İlk oyun: 0:1
“Hatayspor” - “Başakşəhər” - 4:1
Qollar: Yusuf Abdiolu, 12 (1:0), Miloş Yoyiç, 19 (1:1), Mirkan Aydin, 25 (2:1), Selim İlgaz, 43 (3:1), Mirkan Aydin, 65 (4:1)
İlk oyun: 0:1
“Kasımpaşa” - “Alanyaspor” - 1:0
Qollar: Tarkan Serbest, 115
İlk oyun: 0:0
Son xəbərlər
Son Xəbərlər