“Qafqazinfo” goal.com-a istinadən xəbər verir ki, hadisə nəticəsində avtobusun sürücüsü yaralanıb və xəstəxanaya yerləşdirilib.
Hücumun səbəbi kimi isə “Fenerbahçe”nin “Rizespor” komandasını 5-1 hesabı ilə məğlub etməsi göstərilir. Belə ki, hadisə məhz həmin oyundan qayıdarkən baş verib.
“Fenerbahçe”nin meneceri Hasan Çetinkaya məsələ ilə bağlı açıqlama verib:
“Hamı xoşbəxt şəkildə stadiondan çıxıb irəliləməyə başlamışdı ki, sol pəncərənin gurultu ilə sındığını gördük. Şüşə qırıntıları təhlükəsizlik əməkdaşı və operatorumuza dəydi. Avtobusu saxlatdırdıq. Sürücü vuruldu, çoxlu qan var idi. Həmin dəqiqə polisin müşayiəti ilə xəstəxanaya aparıldı. Belə bir biabırçılıq necə ola bilər axı?... Biz hər yerdə oynamışıq, xaricdə oyunlar keçirmişik. Mən sadəcə şokdayam”.
Təhlükəsizlik xidmətinin əməkdaşı isə avtobusun saxlanılmadığı halda dərəyə yuvarlana biləcəyini bildirib.
Komandanın üzvləri bu hücumun məhz silahlı basqın olduğunu iddia edirlər. Trabzon polisi də bu iddianı qismən təsdiq edib:
“Son nəticə məhz silahdan istifadə olunduğunu deyir. Amma hələ dəqiq bir açıqlama vermək olmaz. Tapılan bütün dəlillər buna aparır”.
Vurulmuş sürücünün həkimi isə onun ölüm təhlükəsinin olmadığını qeyd edib:
“Almacıq sümüyü ilə gicgah arasında bir metal parçası var. Bu, güllə yarası ola bilər. Hələ ki, dəqiq məlum deyil”.
Son xəbərlər
Son Xəbərlər