“Fənərbaxça” 33 yaşlı qapıçı alır

fenerbaxca-33-yasli-qapici-alir
Oxunma sayı: 644

Türkiyənin “Fənərbaxça” klubu növbəti transferini reallaşdırmağa yaxındır.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin “Malaqa”nın qapıçısı Karlos Kamenini heyətinə qatır.  

Artıq iki klub arasında aparılan danışıqlar müsbət yekunlaşdığı bildirilib.

33 yaşlı Kameni Fransanın “Le Havre” və “Sent-Etiyen”, İspaniyanın “Espanyol” və “Malaqa” klublarında çıxış edib.

Qeyd edək ki, kamerunlu qolkiper son mövsüm La Liqada 35 oyuna çıxıb.